Xoşqədəm Hidayətqızı toyunda niyə ağladı? - EKSKLÜZİV GÖRÜNTÜLƏR

26-12-2014, 00:01   

Bakıda tanınmış teleaparıcının türkiyəli müğənni ilə toy mərasimi keçirildi

Bu gün "Kempiski" otelində tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ilə türkiyəli müğənni Doğuşun toy mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, gecəni əməkdar artist Murad Dadaşov açıq elan edərək, səbəbkarları məclis zalına dəvət edib. Aparıcı sözü əvvəlcə Xoşqədəm Hidayətqızının valideynlərinə verib. Valideynlərin xeyir-duasından sonra “Natiq ritm” qrupu xüsusi nömrə ilə çıxış edib. Musiqi alətlərin səsi dayanar-dayanmaz Xoşqədəm Hidayətqızı mikrafonla gecəyə gələn qonaqları salamlayıb və hamıya minnətdarlıq edi: “Bir çoxları məni qəddar insan hesab edir. Amma mən əslində elə deyiləm. Bu gün sizlərin qarşısında olduğuma görə, Ulu öndər Heydər Əliyevə borcluyam. Bu günə zülmlüləri görə-görə gəlib çıxmışam. Yanımda olan hər kəsə minnətdaram. Var olun ki, məni tək qoymadınız”.
Bu sözləri deyərkən teleaparıcının gözləri dolub və qəhərləndiyindən çıxışına fasilə verib. Biraz ağladıqdan sonra özünü ələ alan Xoşqədəm Hidayətqızı sözünü tamamlayıb və mikrofonu həyat yoldaşına verib.

Doğuş xanımına xitabən “Xoşqədəm, nə yaxşı ki, həyatıma gəldin. Hər zaman yanımda olmağını istəyirəm” sözlərini deyib.


Sonra Doğuş və Xoşqədəm canlı mahnı ifa ediblər. İfadan sonra gecənin ifaçıları əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova “Bir şarkısın sən” mahnısını səbəbkarlarına şərəfinə oxuyublar.

Doğuş məclisin gedişində "Kal benim için" və "Ben insan deyilmiyim" mahnılarını ifa edib.

Qeyd edək ki, toyda siyasət adamları, ziyalılar, habelə xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Afaq Bəşirqızı, Firəngiz Mütəllimova, Faiq Ağayev, Mələkxanım Əyyubova, əməkdar artistlər Lalə Məmmədova, Ədalət Şükürov, rəqqasə Fatimə Fataliyeva və digər tanınmışlar iştirak edib.
Hazırda “Kempinski” hoteldə Türkiyənin tanınmış müğənnisi Doğuşla azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının toyu başlamaq üzrədir. Lent.az-ın toyda iştirak edən əməkdaşının məlumatına görə, bəy və gəlin hələ ki, zala daxil olmayıblar. Gecənin səbəbkarları bütün qonaqların ziyafət zalına daxil olmasını gözləyir.


Onu da əlavə edək ki, bəy və gəlinin daxil olacağı zalın qarşısı qızıl güllərlə bəzədilib.

Xatırladaq ki, hələ ki, toya xalq artistləri Azər Zeynalov, Afaq Bəşirqızı, Mələkxanım Əyyubova, əməkdar artistlər Cavanşir Məmmədov, Murad Dadaşov, Lalə Məmmədova, modelyer Fəxriyyə Xələfova, digər tanınmış ziyalılar və müxtəlif sahələrdə tanınmış şəxslər gəlib.

Ziyafət başlamazdan öncə gecənin aparıcısı əməkdar artist Murad Dadaşov media əhlinə müraciət edib: “Bir elanı diqqətinizə çatdırmaq istəyirəm. Bu günkü günün önəmli olduğunu bilirsiniz. Əminəm ki, Doğuş və Xoşqədəm jurnalistlərin burda olmağından şaddır. Bu, ailə tədbiridir. Xahiş edirəm ki, çəkilişlərinizi bir neçə dəqiqədən sonra yekunlaşdırasınız”.
***
Artıq bəy və gəlin də məclisə təşrif buyurub. Onlar məclisə hotelin ikinci mərtəbəsindən daxil olublar.






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.