“2015- ci ilə siyasi məhbuslarsız gedək”

26-12-2014, 11:49   
“2015- ci ilə siyasi məhbuslarsız gedək”
DİHM: "Xalq onun əvəzinə oynanılan seçki tamaşasına elliklə boykotla cavab verdi”

Musavat.com xəbər verir ki, 25 dekabr 2014- cü il tarixdə Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların toplantısı olub. Toplantıda KXCP, ADP, Ümid, Azadlıq, ALP, VİP, BAP, Azad Demokratlar, Aydınlar və AXP sədrləri iştirak edib. Toplantıda 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı açıqlama verilib. Açıqlamada bələdiyyə seçkilərinə görə hakimiyyət kəskin tənqid olunur: " ... Xalq onun əvəzinə oynanılan bu tamaşaya elliklə boykotla cavab verib. Yaşayış yerlərindəki müşahidələrlə qeydə alınıb ki, komissiya üzvləri də daxil olmaqla, məntəqələrə seçicilərin 3 faizindən də az adam gəlməyib. Siyasi partiyalar 2014- cü il bələdiyyə seçkilərinin belə bir cəhətinə diqqət cəlb edirlər ki, əksəriyyətin əvvəldən mənasız sayaraq qoşulmadığı bu kampaniyada təzyiq, təhdid, dilə tutma, hədələmə, şantaj və s qeyri qanuni yollarla az sayda olsa da müxalifətin, hətta rejimə loyal olan müstəqil şəxslərin seçkiyə namizəd olaraq qatılmasının qarşısı total şəkildə alınmışdı. Əgər bu taktika 2015- ci il parlament seçkilərinin neçə keçirilməsinin anonsu və məşqidirsə ki, belə ehtimal yox deyildir, o halda vəziyyətin ciddi şəkildə dəyərləndirilməsinə və adekvat cavabların tapılmasına ehtiyac yaranıb.”

Toplantıda iştirak edən siyasi partiyalar Dünya Azərbaycanlılarının beynəlxalq həmrəylik günü və Yeni il münasibəti ilə xalqa təbrik və iqtidara çağırış ünvanlayıblar. Təbrikdə və çağırışda Vətənimizin 2015- ci ilə siyasi məhbuslarsız Azərbaycan kimi daxil olması arzusu ifadə edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.