Çin və Tailand arasında "uğurlu" saziş - Banqkok uyğurları Pekinə satır

27-12-2014, 15:07   
Çin və Tailand arasında "uğurlu" saziş - Banqkok uyğurları Pekinə satır
Çinin zülmündən qaçaraq xilas olmağa çalışan uyğurlar yenidən Çinə təhvil verilir.
Tailand və Çin qeyri-qanuni miqrant və terror məsələsində razılığa gəlib. Mart ayında Çinin zülmündən qaçaraq Tailanda keçən və orada tutulan uyğur türklərindən şəxsiyyəti məlum olanlar Çinə qaytarılacaq. Tutulan 300 uyğurdan bəzilərinin şəxsiyyəti artıq məlumdur.

Uyğur türklərinin Çinə qaytarılması isə onların qətliamı deməkdir. Böyük ehtimalla onların hamısını edam edəcəklər.

Bu dəhşətli hadisə isə tarixin üz qarası olan "Boraltan körpüsü"nü yada saldı.

"Boraltan körpüsü" hadisəsi nə idi?

Türk tarixində türkün türkə etdiyi böyük xəyanətlərdən biri!

Azərbaycanlılar rus zülmündən qaçaraq Boraltan körpüsünü keçib Türkiyəyə pənah gətirib. Türk hökuməti isə onları geri qaytarıb. Bu hadisə tarixdə türkün üz qarası kimi qalıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.