Brilliant Dadaşova: "Yazıq uşağımı evləndirdilər"

27-12-2014, 17:46   
Brilliant Dadaşova: "Yazıq uşağımı evləndirdilər"
Xalq artisti Brilliant Dadaşova “Gündəlik” verilişinin qonağı olub
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, müğənni oğlu Cahadı özbək qızla gizli evləndirməsi ilə bağlı yayılan şayiələrə son qoyub:

“Özümdən danışdılar bəs etmədi, indi oğluma keçiblər. Aman-zaman bir oğlum var. Elə ola bilər ki, mən onu toysuz, sakit evləndirim? Mən yeganə uşağıma xınayaxdı, paltarbiçdi, böyük toy edəcəm. Bacılarım ərə gedəndə onların beş toyu olub: kiçik nişan, böyük nişan, xınayaxdı, paltarbiçdi, axırda da toy. Mən də oğluma bu cür edəcəm. O toyda qol qaldırıb sındıra-sındıra oynayacam. Ola bilməz ki, mənim oğlumun toyu səs-küysüz keçsin. Yazıq uşağımı evləndirdilər. Kim kimin övladına nə arzulayırsa, onun uşağına qismət olsun”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.