Nils Mujnieks: "Hakimiyyəti ifadə və media azadlığı üzərinə hücumları dərhal və birdəfəlik dayandırmağa çağırıram”
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks "Azadlıq" radiosunun Bakı bürosunda axtarışın aparılması və ofisin möhürlənməsinə özünün Facebook səhifəsində münasibət bildirib:
“Azadlıq Radiosu Azərbaycan xidmətinin Bakı bürosuna polisin keçirdiyi reyd barədə xəbərdən çaşqınlıq içindəyəm. Bu qeyri-məqbul hadisə yaxın keçmişdə Azərbaycanda fərqli düşüncə üzərinə edilmiş çoxsaylı repressiyaların davamıdır və bu ölkədə jurnalistlərin, insan haqları müdafiəçilərinin və tənqidi fikir bildirən başqalarının üzləşdikləri təqiblərin ciddiliyini nümayiş etdirir. Mən hakimiyyəti ifadə və media azadlığı üzərinə hücumları dərhal və birdəfəlik dayandırmağa, insan haqlarının müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıram”.