Proqramda aşağıdakı suallara cavab tapa bilərsiniz:
- Azadlıq Radisonun ofisinin möhürlənməsinə hakimiyyət təmsilçiləri necə şərh verir?
- Bələdiyyə seçkilərinə kölgə salan saxtakalıq halları hökuməti narahat etdimi?
- Rusiyada yaşanan iqtisadi böhran Putini geri addım atmağa vadar edəcəkmi?
- Rusiyada yaşayan azərbaycanlılar kütləvi şəkildə ölkəyə dönərsə, hökumət hansı tədbirlərə əl atacaq?
- Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesində intensivliyin azalmasına səbəb nədir?
- Ölkədə qeyri-ənənəvi dini cərəyanların təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- 2014-cü ildə yadda qalan hadisələr və ilin yekunları...
Bütün bunlar haqqında daha ətraflı "Həftənin manşetləri" analitik proqramında müsahibimiz millət vəkili, YAP funksioneri Aydın Mirzəzadə danışacaq.
Nərgiz Liftiyeva,
Məğrur Salmanov