Hülya Avşarın verilişinin bu həftəki qonağı müğənni Sərdar Ortaç olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
“Kloeni heç vaxt qısqanmıram. Mən stola yumruq vuran bir kişi tipi deyiləm. Onun dırnağının boyası gedən də belə çox pis oluram”.
Sənətçi xanımı Kloenin serialda öpüşmə səhnələrində rol amaq xəbərlərinə aydınlıq gətirib:
“O heç vaxt elə rollarda iştirak etməz. Bunu mən də istəmirəm. Evli olmayan aktrisalar bu səhnədə rol alsalar daha yaxşı olar. O dodaqlar mənimdi, başqası öpə bilməz. İnsan nə qədər tolerant olsa da, o səhnəni görəndə ürəyi “cız” edir. Mənim qarşıma həmişə o səhnə çıxacaq, unuda bilməyəcəm. Uşaq seriallarında rol alsa əla olar”.[media=https://www.youtube.com/watch?v=4mrWxs-vRoU]