İstanbulda məkanların birində eyni gündə səhnəyə çıxan iki məşhur ifaçı – Tuba Özay və Ebru Polad arasında dava düşüb.
Yenilik.Az-ın “Medyaradar”a istinadən məlumatına görə, əvvəlcə söz davasına çıxan sənətçilər daha sonra yumruqlaşmağa başlayıblar. Tuba Özayın şousundan sonra səhnəyə çıxan Ebru Polad tamaşaçıların azaldığını görüncə əsəbləşib.
Tubanın kulisinə gedən Ebru “Sənin üzündən izləyici qalmayıb. O “möhtəşəm” səsinlə məkanı boşaltmısan” deyib. Bu sözlərdən hirslənən T.Özay həmkarı ilə dalaşmağa başlayıb.
Bir-birlərinə yumruq atan müğənniləri məkanın mühafizəçiləri güclə ayırıblar.
Yenilik.Az