Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə İstanbula yollanıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktrisa Yeni ili orada qeyd edəcək. Sevənlərini bayram münasibətilə təbrik edən M.Əsədova bunları deyib:
“Hər ilin öz gözəlliyi, özəlliyi var. Həyat var ikən sevinc də, kədər də, xoş gün də, problem də olur. İnşallah, üzümüzə gələn il hər birimiz üçün uğur gətirər. Sevincimiz bol, problemimiz az, canımız sağlam olar. Allahın verdiyi hər günə şükür edib, insanlara xoş günlər arzulayaq. Həyat çox qısadır, illər tez keçir. Hər günümüzü xoş duyğularla yaşayaq. Onda görəcəksiniz ki, yaşamağa dəyər. Qızımla mən sizə can sağlığı, ruh yüksəkliyi, bolluca ruzi, iş bolluğu, sevgi dolu həyat arzulayırıq. Siz həyatın bütün gözəlliklərinə layiqsiniz”.