"Qumarda 50 milyon udmuşam" - Sərdar Ortaç

16-02-2015, 04:38   


Türkiyəli müğənni Sərdar Ortaç "Radikal" qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.

Axşam.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, müğənni həyatındakı 3 böyük peşmanlığını qeyd edib:

"Birincisi rəhmətlik Ahmet Kayanın gecəsində kaş olmayaydım və həmin səhvi etməyəydim. İkinci peşmanlığım isə hərbi xidmətdən qaçmağımla bağlıdır. Üçüncü ən böyük peşmanlığım isə qumardır".

S.Ortaç deyib ki, 20 ilə yaxındır ki, qumar oynayır və bu nüddətdə təxminən 50 milyon dollar pul udub:

"O pulların hamısını xərcləmişəm, 1 lirə də qalmayıb".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar