Müğənni Röya Ayxan sənət dostlarını bir araya yığıb, klip çəkdirəcək. Axşam.az-ın məlumatına görə, bu haqda ifaçı özü xəbər verib: “Ağlımıza gəldi, etməyə qərar verdik. Hazır olun, mənim sevimli sənət dostlarım. Hamınızı böyük layihədə bir yerdə görmək xoş olacaq. Belə bir klip 2007-ci ildə Kənan M.M-lə çəkmişdik. Tunarla (müğənni Tunar Rəhmanoğlu – red.) mənim duetimin ekran işində". Qeyd edək ki, “Həsrət nəğməsi” klipində əməkdar artist Abbas Bağırov, İlqar Muradov, Lalə Məmmədova, müğənni ABD Malik, Elmir, rejissor Ülviyyə Könül və Şahin Zəkizadə rol almışdı.