ATV-də aparıcı Mətanət Əliverdiyevanın təqdimatında canlı yayımlanan “Gündəlik” verilişinin növbəti buraxılışında da maraqlı anlar yaşanıb.
Yenilik.az ATV.az-a istinadən xəber verir ki, verilişin qonaqları Nüşabə Ələsgərli və və Kərim Abbasov həmkarlarının toy məclislərində bir-brinə paxıllıq etmələrindən danışıblar.
Nüşabə Ələsgərli bildirib ki, Toylarda çox müğənnilər bir-biri ilə mikrofon üstündə dava edirlər:
“Həyatda paxıllıq hissi nədir bilmirəm. Bəlkədə ən pis xasiyyətimidir. Toylarda çox müğənnilər bir-biri ilə mikrofon davası edirlər. Mənim aparıcılıq etdiyim məclislərdə çox diqqət yetirirəm ki, mikrofon pis işləməsin. Sonra fikirləşərlər ki, qəsdən bunu etmişəm. Qonağı gözüm üstə saxlayıram.
Çox paxıllıq edənlər olub. Deyirəm ki, nə gündəsən ay, yazıq ? Ruzini onsuz da Allah verəcək. Sən niyə başqasının çörəyinə bais olursan?”, – deyə Nüşabə Ələsgərli əlavə edib.
Kərim Abbasov isə ona qarşı toyda edilən haqsızlıqlardan danışıb:
“Mənim idarə etdiyim məclislərə hansı müğənnilər iştirak edirsə, etsin hər zaman məhsuliyyətlə yanaşmışam. Bir də görürsən musiqiçilərimin içində o müğənni ilə prinsipləri olur. Deyir ki, əgər o varsa. Mən gedirəm. Mən musiqiçimə demişəm ki, birdən ifa etməzsən. Əksinə daha yaxşı ifa et. Sonra düşünməsin ki, Kərim belə göstəriş verib.
Toyda səni təqdim etməkdən boyun qaçırırlar. Mikrofonu belə vermək istəmirlər. Bu müğənnilər niyə belə edirlər, axı?“.