Müğənni Vüqar Muradov Moskvada meşədə döyülməsi ilə bağlı bir sıra sirləri açıqlayıb.
AzVision.az xəbər verir ki, V.Muradov xanım müğənni Fidan Süleymanova tərəfindən döydürülməsini etiraf edib. Bildirib ki, başına gələn hadisəsin arxasında adıçəkilən xanım durur:
“Bu xanım il yarım əvvəl verilişlərin birində oxumaq üstündə mənimlə mübahisə etmişdi. Ondan sonra mənə qarşı bir neçə dəfə təxribat hazırladı. Məni polisə belə vermişdi. Bu hadisənin də arxasında Fidan adlı həmin xanım dayanır”.
Qeyd edək ki, V.Muradovun döyülməsində adı hallanan xanım müğənni mətbuata açıqlamasında deyilənləri təkzib edib. Bildirib ki, Vüqar Muradovla şəxsi problemi yoxdur: “Xahiş edirəm mənim adını belə olaylarda hallandırmasınlar”.
Xatırladaq ki, “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov bir neçə gün öncə Moskvaya toya dəvət olunub. Sonra isə səkkiz nəfər onu paytaxt ətrafındakı meşəyə apararaq döyüb.
Anar