“Müalicə alıram...”- Röya

3-04-2015, 15:28   

Müğənni Röya Ayxan yeni yaradıcılıq planlarından danışıb. “Qafqazinfo”nun məlumatına görə, jurnalistlərin suallarını cavablandıran sənətçi səsi ilə bağlı işlərinə fasilə verdiyini bildirib:


“Hazırda sənətimdə yenilik yoxdur. Səsimə görə müalicə alıram. Əsəblərim yerində olsa, qışqırmasam, qalan mahnıları da oxuyub qurtaracam. Azərbaycan üçün bu il albom təqdim etmişəm. Artıq Türkiyədəki işlərimlə məşğulam. Heç vaxt belə səhv buraxmazdım. Gülşənin “Bayıla-bayıla” mahnısı haqda məlumat verdim. Düşərli olmadı. O mahnını oxumayacam. Bu haqda da çox azılmasını istəmirəm. Kliplərimin sayını isə azaltmaq istəyirəm. Bizim kanallar heç bir klipi göstərmir. Bir saat bizim müğənnilərə vaxt verirlər. Qalan vaxtlar başqa ölkənin ulduzları oxuyur. Neçə ildir ki, bahalı kliplər çəkdirirəm. Artıq ucuz iş təqdim edə bilmərəm. Bu il bir klip çəkdirəcəm”.

Könül

“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar