Rəqsanə-Röya qalmaqalı davam edir- “O saç olmadı”+Video
5-04-2015, 18:48
Müğənni Röya “Gündəlik” verilişində geyindiyi və həmkarı Rəqsanə İsmayılova ilə qalmaqala səbəb olan libasından danışıb.
“Qafqazinfo”nun məlumatına görə, Röya sözügedən geyimi 2011-ci ildə “Göndər” mahnısına çəkilən klipdə geyindiyini bildirib:
“Rəqsanə də incəsənət adamıdır, geyinə bilər. Amma deməməliydi ki, ilk dəfə o geyinib. Biz göstərdik ki, o geyimi 2011-ci ildə “Göndər” mahnısına çəkilən klipdə geyinmişəm. Məndən sonra mənim saçlarıma bənzər saçlarla efirə çıxmamalıydı. Adi insanların dilindən deyirəmki, o saç olmadı. Ya bir müddət gözləməli, ya da dəyişməli idi”.