Nazpəri haqqında “məcburi gətirmə” qərarı çıxarıldı-FOTOLAR

20-04-2015, 21:57   


Nazpəri Dostəliyeva məhkəmədə İlhamə Quliyevaya uduzduğu 25 min manatı ödəmədiyi üçün barəsində icra şöbəsinə məcburi gətirilməsiylə bağlı qərar çıxarlıb.

Bu barədə Ölkə.Az-a xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızı məlumat verib:

“Dəfələrlə məhkəmə qərarları olub. Gah deyib ki, ödəyəcəm, gah hansısa vasitələrlə cərimədən boyun qaçırmağa çalışıb, hər gün bir yalan danışıb. Amma bu son həddir. Artıq onun məhkəməyə məcburi gətirilməsiylə bağlı Nərimanov rayon icra şöbəsində qərar çıxarılıb”.

Qeyd edək ki, iki ilə yaxın davam edən məhkəmə prosesinə Ali Məhkəmədə nöqtə qoyulmuşdu.

Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.

Məhkəmədə çıxarılmış Qərarın eksklüziv olaraq fotolarını təqdim edirik.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar