Balakən rayonunda zəlzələ baş verib.
Yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində saat 21:10 radələrində iki dəfə qeydə alınıb.
Yerli mütəxəssislərin fikrincə, zəlzələ 5 bal gücündə olub. Tələfat olmasa da, inzibati və yaşayış binalarında çatlar əmələ gəlib.
Zəlzələ Zaqatalada da hiss edilib. Burada yeraltı təkanların 3-4 bal gücündə olub.
Ətraflı məlumat veriləcək. (APA)