Bürclər bizi bu cür idarə edirmiş -MARAQLI

8-09-2016, 22:09   
Bürclər bizi bu cür idarə edirmiş -MARAQLI



NASA-nın adına çıxarılan son məlum açıqlama insanların bürclərə nə qədər aludə olduğunu bir daha sübut etdi. Xüsusən də, Şərq ölkəsi olan Azərbaycanda kütlə psixologiyası ulduz falları, səma müəmmaları və bürc məsələlərinə rəğbətlə seçilir. Bunun özü də təsadüfi deyil Belə ki, qədim Şərqdə bütün hökmdar saraylarında ulduzlarla “danışan” münəccimlər olardı ki, onlar da xüsusi hörmət sahibi idilər. Daha sonra nücum elmi (indiki astronomiya) mifoloji aspektdən deyil, elmi yöndən öyrənilməyə başlanıldı. Bu bilgilər qədim Şərqin özünəməxsus fəlsəfəsinin yaranmasına da təkan verdi. Şərq fəlsəfəsi, elmi bürcləri musiqi, tibb və fizika-riyaziyyatla paralel öyrənməyə başladı.

Moderator.az təqdim edəcəyi yazıda bu metodikaya aid bir neçə nümunəni diqqətə çatdıracaq:

Musiqi ilə atsronomiya elmləri arasındakı qarşılıqlı əlaqədən bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri) bürclərlə muğamların uyğunluq məsələsinə də toxunublar. Onlar bəzi bürclərlə muğamların eyni təbiətə malik olmasını da vurğulayıblar.

Muğamların bürc qarşılıqları:

Rast: Qoç, ünsür - atəş

İraq : buğa, ünsür- torpaq.

İsfahan : əkizlər, ünsür- hava

Zərəfkənd: xərçəng, ünsür- atəş

Rahab: tərəzi, ünsür- atəş

Hicaz : oxatan, torpaq

Üşşaq: balığ, ünsür - su.

Bürclər həmçinin insanın müxtəlif bədən üzləri, nahiyələri ilə də əlaqədar imiş. Tibb elmi bunu sonradan qismən də olsa təsdiqlədi.

Qoç bürcü- bədənin baş hissəsini idarə edir. Buna görə də Qoç bürcü olan insanlar tez-tez baş ağrısından şikayətlənirlər;

Buğa bürcü - Bu bürcün bədəndə idarə etdiyi hissələr isə boyun və boğazdır;

Əkizlər – Bu bürcün idarə etdiyi hissələr sinir sistemi, çiyin və qollardır. Bu bürcdə olan insanların sinir sistemləri elə də güclü deyil, çiyinlər, qollar və əlləri olduqca həssas olur. Bu insanlarda körpücük sümüyü qırıqları, çiyin, qol ağrıları kimi problemlər görülə bilir;

Xərçəng- bürcü - Xərçəng bürcü mədə və on iki barmaq bağırsağı idarə edir. Bu bürcdən olan insanlar narahat və tez kədərlənən insanlar olduqları üçün mədələrində həzm problemi yaşayırlar;

Şir- bürcü ürək, onurğa və kürəyi idarə edir; Qız bürcü sinir sistemini və bağırsaqları idarə edir;

Tərəzi-bürcü bədəndə böyrəklər, bel və onurğa sistemini idarə edir;

Əqrəb- bürcü bədəndə idarə etdiyi hissə isə reproduktiv orqanlar və mədədir;

Dolça bürcü bədəndə baldırlar, dişlər, həzm sistemi, ürək, boğaz, limfa sistemi və reproduktiv orqanları idarə edir;

Balıq bürcü - Ayaqları və sinir sistemini idarə edir.

Qeyd edək ki, bürclər hansı orqanları idarə edirsə, həmin bürcün altında doğulan insanlar da əsasən həmin nahiyələrdəki problemlərdən əziyyət çəkilər.

Həyatdakı bütün rənglər də bürclərə görə uyğunlaşır. Həmçinin bu uyğunluq insanın xarakterini də özündə əks etdirir. Məsələn, qoç bürcünün rəngi qırmızıdır.

Əgər bu bürc altında doğulan insanlar qırmızıya meyl edirsə, deməli, o temperamentli və dinamik insandır. Eyni ardıcıllığı başqa bürclərdə də göstərək:

Buğa- Bürcün rəngi qəhvəyidir. Qəhvəyini sevən bürc nümayəndələri realist və bacarıqlı olurlar;

Əkizlər- bənövşəyi rəngi sevən əkizlər bürcünün nümayəndələri güclü intuisiyaya sahibdilər;

Xərçəng- bürcünə tam uyğun gələn rəng qırmızının zoğalı rəng çalarıdır. Zoğalı rəng meyl edən “xərçənglər” xaraktercə təmkinli olurlar;

Şir- bürcün rəngi tünd sarıdı. Tünd sarını sevən “şirlər” şən və gülərüz olur;

Tərəzi- bürcün rəngi yaşıldır. Yaşılı sevən tərəzi bürcünün adamları romantik olurlar;

Əqrəb- rəngi tünd göydür. Əgər bir “əqrəb” tünd göyü sevirsə, deməli o xaraktercə möhkəm adamdı;
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar