Lənkəranskinin qətlinin bir ayı: “Şakro” dindiriləcəkmi?

9-09-2016, 08:04   
Lənkəranskinin qətlinin bir ayı: “Şakro” dindiriləcəkmi?
Avqustun 18-də İstanbulda öldürülən qanuni oğru Rövşən Lənkəranskinin qətlindən bir ay keçməsinə 9 gün qalır

Lənkərandan Politika.Az-a verilən xəbərə görə, bu günə kimi nüfuzlu avtoritetin məzarı ziyarət olunur, ailəsinə başsağlığı verməyə gələnlər var.

Rayondan gələn xəbərdə bildirilir ki, məşhur avtoritetin qətlinin bir ay tamamına 9 gün qalsa da, istintaq ciddi nəticələr əldə etməyib. Hələ ki Rövşənin qatillərinin əsl kimliyi və sifarişçisi sirr olaraq qalır.

Hazırda Türkiyə hüquq-mühafizə orqanları və prokurorluğu istintaq hərəkətləri aparır. Ancaq qətldə şübhəli bilinən şəxslərin heç biri istintaqa cəlb olunmayıb. Lənkərasnkinin yanında olan şəxslər isə həbs edilib.

Ehtimal olunur ki, qatillərin kimliyi və sifarişçinin hansı qüvvə olması barədə İstanbul prokurorluğu səthi araşdırma aparacaq. Hələlik proqnoz vermək də tezdir. Lakin bu günə kimi qətldə adı hallananlar istintaqa çağırılmayıb. Bunun da mümkünsüz olduğu bəllidir.

Politika.Az-ın xəbərinə görə, Türkiyə qətlin sifarişində adı keçən “Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun Türkiyə prokurorluğuna ifadə verəcəyi qeyri-mümkündür.
Lənkəranskinin öldürüldüyü avtomobili idarə edən Tahir C. dindirilib. İddialarda Rövşən Canıyevin qətlinin arxasında Rusiya mafiasının dayandığı versiyası irəli sürülüb. Qətldə Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı mafiya üzvləri şübhəli bilinir.


Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar