G20 sammitindən sonra Londonda toplanan bir neçə ölkə lideri Suriyada savaşın bitməsi üçün qərar qəbul edib.
Rakka və Mosulun İŞİD-dən azad edilməsi ilə bağlı hazırlanmış planın detalları məlum olub.
Məlumata görə, əməliyyata ABŞ, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgədəki digər ölkələr də qatılacaq. Hücum zamanı Türkiyə və NATO qüvvələri İŞİD mövqelərinə hava zərbələri endirəcək.
Qeyd edək ki, əməliyyatla bağlı yekun qərarın 13-20 sentyabrda Nyu Yorkda keçiriləcək BMT zirvəsində veriləcəyi gözlənilir.(Axar.az )