Çovdarov Mahmudov əleyhinə ifadə verəcək - sensasion gəlişmə

10-09-2016, 09:33   
Çovdarov Mahmudov əleyhinə ifadə verəcək - sensasion gəlişmə
MTN generalı Akif Çovdarovun məhkəməsi başlanır

Politika.Az-a verilən məlumata görə, sensasiyalı keçəcək məhkəmə proseslərində ölkə gündəmini dəyişən çıxışlar olacağı gözlənilir.

Generalın məhkəməyə çıxarılarkən istintaqa verdiyi ifadələrdən fərqli çıxışları olacağı bildirilir.

İddialara görə, Çovdarov heç yerdə demədiyi faktları açıqlaya bilər. Onun MTN rəhbəri Eldar Mahmudov əleyhinə ifadə verəcəyi də deyilir.

Artıq bütün ümidlərini itirmiş və həbsdən çıxacağına inamı olmayan general vabank getməyi düşünür. Onun özünü təmizə çıxarmaq üçün Mahmudovu cinayətlərinə şərik olmaqda ittiham edəcək.

Məlumata görə, Çovdarov bu ifadələrin yekununda cəzasının az olacağını güman edir. Eyni zamanda sabiq naziri ifşa etmək istəyir.

Politika.Az-a verilən məlumata görə, məhkəmə proseslərində kifayət qədər tanınmış şəxslər və MTN əməkdaşları dindiriləcək. Onların sırasında Metropolitenin sabiq rəisi Tağı Əhmədovdan tutmuş digərlərinə qədər var.

Onların ifadələri də Çovdarov barəsində hökmə ciddi təsir edəcək. Bildirilir ki, MTN generalının təhdidlərindən cana doymuş vəzifəlilər prezidentə onlarla məktub yazıb. Bundan sonra Çovdarov və ümumilikdə MTN barədə qərar verilib. Təkcə T.Əhmədovdan 3 milyon alan general yüzlərlə vəzifəli şəxsi, sahibkarı soyub.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar