Dollar, Neft, Qızıl ucuzlaşdı - Nələr baş verir

15-09-2016, 12:27   
Dollar, Neft, Qızıl ucuzlaşdı - Nələr baş verir
Azərbaycanda dolların məzənnəsi ucuzlaşıb

Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Bugünkü məzənnəyə əsasən, 1 dollar 1,6375 manat təşkil edir.

Avronun məzənnəsində isə cüzi bahalaşma olub. Belə ki, hazırda 1 avro 1,8409 manata dəyişdirilir.

****

Amerika fond bazarında Dow Jones indeksi 0,18% - 18 034,77 bəndədək, S&P 500 0,06% - 2 125,77 bəndədək azalıb, NASDAQ 0,36% - 5 173,77 bəndədək artıb

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,12% - 6 673,31 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,08% - 10 378,40 bəndədək, Fransa CAC-40-ı 0,39% - 4 370,26 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,90 dollar ucuzlaşaraq 1 325,20 dollara, gümüş isə 0,09 dollar ucuzlaşaraq 18,98 dollara satılıb.

****

Azərbaycan nefti ucuzlaşıb

“AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,65 dollar və ya 1,36% azalaraq 47,13 dollar təşkil edib.

(aznews.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar