Polisin üztanıma kameraları vasitəsilə mitinq ovu !

15-09-2016, 12:59   
Polisin üztanıma kameraları vasitəsilə mitinq ovu !
Xeberman.com n redaksiyasına daxil olan məktubda bildirilir ki,11 sentyabrda keçirilən mitinq öncəsi yayılan məlumatlar təsdiqini tapmaqdadır. Həmin məlumatlarda bildirilirdi ki, polis stadiona ən müasir üztanıma kameraları, insanların sifətinin şəkilini çəkən avadanlıqlar yerləşdirir ki, mitinqdən sonra həmin şəkillər vasitəsilə mitinq iştirakçılarını müəyyən edə bilsin. Yeni məlumatlara görü polis artıq bununla bağlı fəaliyyətə keçib, hətta rayonlardan polis şöbələrinə də bununla bağlı tapşırıq verilib. Belə ki, artıq dünən Bakı şəhərində, Sabirabad və Cəlilabadda mitinqdə iştirak edən şəxslərin bir neçəsi müəyyən edilərək saxlanılıb. Sabirabad rayonundan olan və adının gizli saxlanılmasını xahiş edən sakinin sözlərinə görə polislər əllərində üztanıma kamerasından çıxarılmış şəkillərlə birgə onların evinə gedib və onu soruşub. Səbəb kimi mitinqdə iştirakı göstərilib və kamera vasitəsilə bunu sübut edən şəklini valideynlərinə göstəriblər. Mənbənin bildirdiyinə görə polis artıq bütün respublika üzrə bu istiqamətdə hərəkətə keçib, kamera vasitəsilə şəkli çəkilən mitinqdə iştirak edən hər kəsi müəyyən etməklə həbs etməyə hazırlaşır. Məlumata görə belə təqiblər növbəti mitinqlərdə də davam etdirləcək. Mövzunu diqqətdə saxlayacayıq.

Şikayətci Bakı sakini Qabilov Saleh
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar