Azərbaycanda bir gündə üç intihar hadisəsi baş verib
Politika.Az xəbər verir ki, bu gün Lənkəranda 22 yaşlı qız özünü asaraq intihar edib.
Buzovnada 39 yaşlı iki uşaq atası intihar edib. 27 yaşlı Bakı sakini isə Fəxri Xiyabanın qarşısında özünü yandırmaq istəyib.
Ölkədə bir gün üç intihar olayı sosial vəziyyətin getdikcə gərginləşdiyindən xəbər verir. İqtisadi durumun ağırlaşması və insanların sürətlə yoxsullaşması intiharları kütləviləşdirir.
Bunun səbəbkarı isə oliqarxlaşmış odioz və korrupsioner məmurlardır. Belə ki, son illərdə güclənən məmur özbaşınalığı əlavə problemlər yaradıb: onların nəzarətindəki bankların əhalinin soyması, nazirlərin tikinti şirkətlərinin mənzil alan payçıları aldadıb pullarını mənimsəməsi, dövlət idarələrində özbaşınalıq, süründürməçilik, sosial müavinətlərin, ünvanlı sosial yardımın verilməsinin rüşvətlə həll edilməsi ölkəni üsyan həddinə çatdırıb.
Bu gedişlə intiharların sayı artacaq və hər gün insnalar canına qəsd edəcək. Bu barədə yazmışdıq. Bildirmişdik ki, sosial islahatlar olmasa və gərginlik artsa bankların qarşısında, müxtəlif idarələrin önündə özlərini yandıranlaq olacaq.
Politika.Az-ın xəbərinə görə, hakimiyyətin beyin mərkəzində işləyən qüvvələr gedişatı müşahidə edir. Prezidentə də təkliflər irəli sürülür. Ölkəni düşdüyü bataqlıqdan çıxarmaq və xalqın sosial şəraitinin dirçəldilməsi üçün müəyyən reformalar olacağı gözlənilir.
Buna mane olan bəzi məmurlar da az deyil. Onların ətrafındakı güclər də birləşərək prezidentin işinə mane olmağa cəhd edir. Nəticə isə göz qabağındadır: Səlim Müslümovun nazirliyi önündə gənc aclıq edir, Astarada işsizlər ayağa qalxır, Bakıda üç adam intihar edir.
Politika.Az