General polkovniki çıxardı, Abid Şərifovun qohumuna yüksək vəzifə verdi

19-09-2016, 21:24   
General polkovniki çıxardı, Abid Şərifovun qohumuna yüksək vəzifə verdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Əli Əmirov tutduğu vəzifədən azad edilib

Bu barədə Penitensiar Xidmətdəki mənbədən məlumat verilib.

Məlumata görə, Ə.Əmirov təxminən bir həftə bundan öncə vəzifəsindən azad olunub. Onun yerinə Baş nazirin müavini Abid Şərifovun yaxın qohumlarından biri təyin edilib.

Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumatı təsdiqlədi. Ancaq M.Sadıqov faktı təsdiqləsə də, yeni rəisin kimliyi barədə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, bu ilin iyun ayından Penitensiar Xidmətə ədliyyə generalı Ceyhun Həsənov rəhbərlik edir.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar