Xərçəng diaqnozu qoyulan 7 yaşlı İlfanın yardıma ehtiyacı var- TƏCİLİ

21-09-2016, 10:50   

7 yaşlı İlhanın təcili köməyə ehtiyacı var.

Bir gözündə xərçəng şişi olan İlhanın anası Nigar Hümbətova imkanı olan hər bütün insanların övladına yardım etməsini xahiş edir.

Nigar Hümbətovanın bütün xeyirxah insanlara ünvanlanmış müraciətini olduğu kimi təqdim edirik:

" Əziz xeyirxahlığı sevən insanlar! Hamınızdan min cür əzab-əziyyətlərlə, atasız böyütdüyüm yeganə övladım İlfana kömək etməyinizi xahiş edirəm. Övladım 6 aylığında bir gözü xərçəng şişi diaqnozu ilə Zərifə Əliyeva klinikasında götürülüb. Həkimi Rühəngiz adlı xanımdır. Övladımın gözü götürüləndən əzablı günlərim başlayıb. Övladımın götürülən gözünün yerinə protez göz yazıblar. Həkim o zamandan övladımın kimya terapiya olunmasını dedi. Ancaq övladımın xəstəliyi təkcə bundan ibarət deyil.





Övladım beyin iflici keçirdiyinə görə hərəkət də edə bilmir. İlfana serebral iflic diaqnozu təyin edilib. Oğlumun digər üçüncü xəstəliyi isə sol göz sinirinin atrafiyası diaqnozu qoyulub. Bu da o deməkdir ki, oğlumun gözünün mərkəzi tutulub. Çünki göz damarı quruyub. Gözün kənarları az faiz görür. Həkimin deməyinə görə övladım təcili müalicə olunmasa bu gözü də tamamilə tutulacaq.

Əziz həmvətənlərim!

Xahiş edirəm mənim övladımın müaəlicəsinə kömək edəsiniz. 7 yaşlı oğlum nə yerimir, nə də demək olar ki, görmür. Həkimlər xərçəngə görə övladımın ayağına əməliyyat, gözünə müalicə və kimyaterapiya lazım olduğunu bildiriblər. Təbii ki, bunların hamısı eyni vaxtda olmayacaq. İlk olaraq övladımın gözü müalicə olmalıdır. Və kimya terapiya lazımdır. Övladımın bu müalicələri üçün 15000 dollar vəsait lazımdı. Tələb olunan vəsaitin 6400 dolları toplanılıb.

Övladım bu xəstəliyinə görə atası tərəfindən atılıb. Mənim ümidim öncə Allaha sonra Sizlərədir. Xeyirxahlığı bacaran hər bir kəsdən, hər bir təbəqədən kömək istəyirəm. Xahiş edirəm yardımınızı əsirgəməyin. Allah hamımızın köməyi olsun!

Nigar Hümbətova- Əlaqə: 0516963736






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar