Bir müddət əvvəl məşhur ekstrasens Zirəddin Rzayevin MTN çetesi ilə əlaqələrinin olması haqda mətbuat yazmışdı
Politika.Az-a daxil olan son xəbərə görə, Zirəddin istintaq tərəfindən dindirilib və onun verdiyi ifadələri təsdiqləməsi üçün məhkəmədə dindiriləcək.
Həbsdən intihar edən MTN polkovniki İlqar Əliyevlə bağlı olduğu deyilən Z.Rzayev böyük pullar qazandırıb. Bu plan İ.Əliyev tərəfindən çizilib.
MTN polkovniki özündə olan məxfi informasiyaları ekstrasensə sızdırırmış. Onun qəbuluna gələn məşhurlar isə özləri barədə həmin informasiyaları Zirəddindən eşidəndə “sehrli gücü”nə inanmağa başlayıblar.
Zirəddin bu yolla uzun illər insanlar tilsimləyib və MTN-dəki şəbəkənin əsirinə çevrilib. Əslində, adi falçı olan Rzayev çox qısa zamanda məşhurlaşmasına görə İ.Əliyevə borcludur. Onun piarı və səhih informasiyalarla təmin edilməsi məhz MTN polkovniki tərəfindən təşkil olunub.
Politika.Az xəbər verir ki, İ.Əliyevin cinayət işi ilə bağlı keçiriləcək məhkəmə prosesində Z.Rzayev ifadə verəcəyi deyilir. Həmçinin, MTN generalı Akif Çovdarovla İlqar Əliyevin əlaqələri haqda da sorğu-sual olunacağı istisna edilmir.
Politika.Az