Rusiyanın İnquşetiya Respublikasında Azərbaycan vətəndaşı 8 ildir ki, itkin düşüb.
Məsələ ilə bağlı Axar.az-a məlumat verən hüquq müdafiəçisi Emil Səttarov 2008-ci ilin avqust ayında evini tərk edən Fərzəliyev Mehman Səfər oğlunun hələ də tapılmadığını bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, Səfər Fərzəliyev oğlu Mehmanın öldüyü barədə qeyri-dəqiq məlumata sahibdir.
Mehman Rusiya Federasiyasına işləmək adı ilə gedib. Onun İnquşetiyanın Sunjenski rayonunun Mujiçi kəndində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən siyasi-dini zəmində əməliyyat zamanı öldürüldüyü deyilir.
Məsələ ilə bağlı həm Azərbaycan, həm də İnquşetiya hüquq mühafizə orqanlarının başçılarına, həmçinin Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət olunub.