NAZİR SƏHHƏTİNƏ GÖRƏ EVDƏ SƏS VERDİ! – Fazil Məmmədova nə olub?

26-09-2016, 19:59   


Azərbaycan vergilər naziri Fazil Məmmədov referendumda səs vermək üçün seçki məntəqəsinə gələ bilməyib. “Report”un əldə etdiyi məlumata görə, buna nazirin səhhətində yaranmış problem səbəb olub.

Buna görə də, nazir mühafizəçisini qeydiyyatda olduğu 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsinə göndərib. Mühafizəçi məntəqə sədrinə nazirin səhhəti ilə bağlı arayış təqdim edib. Bundan sonra F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.

Maraqlıdır, Fazil Məmmədovun səhhətində necə ciddi bir problem var ki, o, hətta seçki məntəqəsinə belə gələ bilməyib?

“AzPolitika” xatırladır ki, bir neçə il əvvəl F.Məmmədovun ağır xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat yayılmışdı. Onun vaxtaşırı Almaniyada müalicə aldığı da bildirilirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar