Mərkəzi Klinik Xəstəxanada rəzil soyğunçuluq: “Qızdırmalı uşağa görə...” - ÖZƏL

27-09-2016, 19:00   
Mərkəzi Klinik Xəstəxanada rəzil soyğunçuluq: “Qızdırmalı uşağa görə...” - ÖZƏL

Bakı sakini Mərkəzi Klinik Xəstəxanasında soyğunçuluqdan şikayətlənib

Politika.Az-ın verdiyi məlumata görə, Nanə Nara adlı şəxs övladını təcili sözügedən klinikaya çatdırıb.

“Balam pis idi, gecə saat 4-də həkimi təcili sistem qoşulmasını tapşırdı. Körpəni ən yaxın xəstəxanaya apardıq. Hər bir valideyn o an heç nə düşünmür, əsas balanın sağalmasıdır.
Bundan istifadə edən vicdansızlar da var. Mərkəzi Klinik Xəstəxanaya girdik. Bizə pediatr lazım olmadığını və sistem qoşulmasnı istədiyimizi dedik.
Dedilər ki, 200 manat depozit qoyub yuxarı qalxn. Üstümüzdə 90 manat var idi. Yoldaşım təcili valuya məntəqəsinə qaçdı ki dolları dəyişib qalan 110 manat da versin.
Tibb bacısı uşağın qızdırmasını ölçdü və dedi temperaturu yoxdur. Pediatr konsultasiya istəmirik desək də, yenə gəlib qızdırmanı ölçdü.
Əlini qarnına vuranda dedi ki, qızdırması var. Əslində yox idi. Dedi ki bədənində maye quruyub və təcili sistem qoşulsun. Bunu özümüz də bilirdik və sistem tələb edirdik.
O çıxan kimi tibb bacısı 600 manat depozit istədi. Dedim ki aylıq məvacibimiz 600 manatdır. Dilə tutmağa başladılar ki, heç olmasa 500 manat qoyun.
Təsəvvür edin ki, uşaq ağır vəziyyətdə, təcili başqa xəstəxanaya aparmaq istəyirik, onlar isə dilə tutub pul qoparmaq istəyirlər ki getməyək. Təkcə uşağın qarnına toxunub qızdırmasını öyrənməyə görə 49 manat alınıb.
Daha doğrusu, bu soyğunçular aldıqları 90 manatdan 49 manatı çıxdılar. Bizə heç bir kağız və ya qəbz verilmədi. Təbii ki uşağın o vəziyyətində bu adamlarla mübahisə etməyə imkan yoxdur. Hər gün yüzlərlə belə insanı soyurlar”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar