Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudovanın səhhətində yaranmış probemlərlə əlaqədar müalicə üçün xaricə getdiyinə dair məlumat yayılıb
Məlumata görə, Tahirə Mahmudovanın səhhətində ötən ilin noyabrından problemlər yaranıb.
Problemlər davamlı olduğundan xanım Mahmudova müalicə üçün xaricə gedib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi olmuş Tahirə Mahmudova ümumilikdə ötən ilin noyabrından işə çıxmayıb.
AHİK-dən cebhe.info-ya verilən məlumata görə, Tahirə Mahmudova 6 aydır ki, işdən çıxıb: “Artıq 6 aydır ki, burda işləmir. İşdən çıxmasına səbəb səhhətində yaranan problemlər olub. O müddətdən sonra ondan hansısa xəbər almamışıq”.(cebhe.info)