İqtisadiyyat naziri “qul bazarları”na çağırıldı - işsizli

28-09-2016, 19:35   
İqtisadiyyat naziri “qul bazarları”na çağırıldı - işsizli

İqtisadiyyat naziri Şahin Mustafayevin istefa zamanı yetişib

Politika.Az-ın verdiyi məlumata görə, onun ölkənin iqtisadi siyasətində fəaliyyəti vəzifəsinə başlayandan iflic olub.

Ş.Mustafayev olduqca önəmli və strateji bir postun naziri olsa da, nə iqtisadi böhranın aradan qaldırılması, nə işsizliyə qarşı mübarizə istiqamətində fəallığı ilə seçilir.
Redaksiyamıza şikayət edənlər arasında paytaxtın “qul bazarları”nda işləyənlər üstünlük təşkil edir.

Hazırda metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında, Bakıxanov qəsəbəsində, Zabrat yolunda “qul bazarı” adlanan yerlər fəaliyyətdədir. İşsizlər ordusu bu ərazilərə toplaşıb günəmuzd işləyirlər.

Onlar dövlətdən, iqtisadiyyat nazirindən iş gözləyirlər, sosial problemlərin həllini istəyirlər. Neft ölkəsində günəmuzd işləyənlər soruşurlar ki, 600 min iş yeri açılıbsa niyə onlara iş tapılmır?!

Günəmuzd işləyənlər Ş.Mustafayevi “qul bazarları”na dəvət edirlər və vəziyyətli tanış olmağa çağırırlar.

Kirayədə, acınacaqlı şəraitd, yoxsul vəziyyətdə yaşayan bu insanlar nökər kimi işlədilir. Azərbaycan vətəndaşı olan bu günəmuzdlar ailələrin bir tikə çörək apara bilmir, övladlarına təzə isti geyimlər almağa imkanı çatmır.

Politika.Az xəbər verir ki, Bakıda quldarlıq quruluşunun qalıqlarını görmək üçün çox uzağa getmək lazım deyil.

Paytaxtın müxtəlif ərazilərindəki “Qul bazarları”na baxanda göz önünə XXI əsrin Bakısı yox, III-IV əsrlərin şəhəri gəlir.

Bir müddət öncə həmin bazarların bağlanacağı haqda məlumatlar dolaşırdı. Ancaq “Qul bazarları” hələ də fəaliyyət göstərir.

Hakimiyyətin iddia etdiyi kimi, əgər ölkədə doğrudan da 700 min yeni iş yerinin açılıbsa, məntiqlə “Qul bazarları” bağlanmalı idi.

Qeyd edək ki, Ş.Mustafayev ölkədə baş verən iki devalvasiya ilə bağlı nə jurnalistlərə açıqlama verib, nə qiymətlərin tənzimlənməsi istiqamətində tapşırıqları var. Ümumiyyətlə, Azərbaycanda ən aktiv sahənin naziri ən passiv fəaliyyəti ilə seçilir.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar