5 İŞİD üzvü Türkiyədən Azərbaycana göndərildi

1-10-2016, 10:39   
5 İŞİD üzvü Türkiyədən Azərbaycana göndərildi

Türkiyənin antiterror polisinin keçirdiyi əməliyyat zamanı bu ölkə ərazisində İŞİD terror təşkilatına mənsub olan daha 5 Azərbaycan vətəndaşı həbs edilib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat Yalova bölgəsinin Çiftlikköy qəsəbəsində keçirilib. Antiterror polisləri qəsəbənin Sahil məhəlləsi, Manolya küçəsində yerləşən evə basqın edərək İŞİD-çiləri həbs ediblər. Onlar polis bölməsində dindirildikdən sonra deportasiya ediliblər.

Xatırladaq ki, bundan əvvəl də İstanbulda və Qaziantepdə keçirilən əməliyyatlarda İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı həbs edilib. Azərbaycan qanunvericiliyinə görə İŞİD və digər terror təşkilatlarının sıralarına qoşulanları 20 ilə qədər həbs gözləyir.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar