Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış yeni cinayət işinin istintaqı davam etdirilir.
Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib ki, Əli İnsanov cinayət törətdiyi üçün barəsində yenidən cinayət işi başlanıb:
"Başlanmış cinayət işi üzrə nə demək olar? Cinayət törətməsəydi ki, cinayət işi də başlana bilməz. Cinayət törədibsə, istintaq olunmalıdır".