Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb - real VİDEOGÖRÜNTÜLƏR

3-10-2016, 19:41   
Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb - real VİDEOGÖRÜNTÜLƏR

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Qaynarinfo.Az xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zincirlənmiş vəziyyətdə saxlayıb.

Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.

Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.

Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.
[media=https://www.youtube.com/watch?v=Qp9tgIwOB0Y]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar