Axar.az xəbər verir ki, bu barədə Missiya.az məlumat yayıb. Bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları axtarış apardığı, daha sonra isə təsisçini saxladığı bildirilir.
Ş.Çəfərinin xanımı faktı təsdiq edib, amma həyat yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib.
Xatırladaq ki, Şirin Cəfərli 2013-cü ildə CM-nin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunaraq 3 il şərti olaraq azadlıqdan məhrum edilmişdi. Məhkəmənin hokum ilə o, 71 min 478 manat miqdarında vergi borcunu ödəməli idi.
Vergi borcu ödənilmədiyi üçün o, 2016-cı ilin aprelində C.M-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə suçlanaraq 4,5 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmişdi.