Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” ötən gecə təmas xəttində baş vermiş atışmalar zamanı Azərbaycan ordusunun AQS-17 dəzgahlı avtomatik qumbaraatanını tətbiq etdiyini bildirib.
Virtualaz.org xəbər verir ki, düşmən tərəfin bildirdiyinə əsasən Azərbaycan ordusu bu silahdan bir mərmi atıb. Və atılan mərmi erməni ordusunun QAZ-66 hərbi yük avtomobilinin düz kabinəsinin üstünə düşüb və damı deşərək içəridə partlayıb. Erməni tərəf zədələnmiş avtomobilin görüntülərini də yayıb, ancaq avtomobilin içərisində əsgər olub-olmadığı haqda heç nə deyilmir.
Virtualaz.org
◀▶