“Nüvə və III Dünya müharibəsi...” – DƏHŞƏTLİ PROQNOZ

7-10-2016, 18:42   


Dünyada birinci “soyuq müharibə” 25 il bundan əvvəl başa çatdı: Berlin divarı yıxıldı, SSRİ dağıldı və Qərb böyük qələbəni bayram etdi. Amma çoxları ehtiyat edirlər ki, Moskva və Vaşinqton arasında ikitərəfli şifahi təhdidlər birbaşa silahlı qarşıdurmaya keçə bilər.
Publika.az xəbər verir ki, Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər silahlı qarşıdurma riskinin kifayət qədər böyük olduğunu bildiriblər.
Ötən əsrin 40-cı illərindən Kreml və Ağ Ev arasında ziddiyyətlər mövcud idi. Supergüclər vaxtaşırı üçüncü dünya dövlətlərin ərazilərində aparılan qanlı müharibələrdə qarşı-qarşıya gəlirdilər. Ancaq Suriya münaqişəsi qarşıdurmanı yeni səviyyəyə çıxardı.
“Suriya unikal yerə çevrilib. Ukraynadan təxminən iki dəfə balaca olan ölkə qlobal, regional və lokal ziddiyyətlər məkanına çevrilib. Rəsmi olaraq bu müharibə ölkədaxili münaqişədir, amma orada həmçinin Rusiya, İran, ABŞ və Türkiyə öz hərbçilərini saxlayır. Buna görə də bu ölkələr arasında birbaşa toqquşma riski var”, - Beynəlxalq Perspektivli Tədqiqatlar Mərkəzinin analitiki Yevgeni Yaroşenko deyib.
Avroatlantik Əməkdaşlığı İnstitutunun hərbi eksperti İqor Koziyanın fikrincə, Yaxın Şərqdə münaqişə artıq çoxdan lokal miqyası keçib və III Dünya Müharibəsi başlanıb: “Əslində müharibə artıq gedir. Suriya bunu göstərdi. Biz münaqişəyə cəlb olunan ölkələrin dəqiq sayını bilmirik”.
Rusiya hərbi jurnalisti Arkadi Babçenko isə yeni dünya müharibəsinin başlanacağına inanmır. Mütəxəssisin fikrincə, aparıcı ölkələrin liderləri növbəti qlobal qarşıdurmaya başlayacaq qədər ağlını itirməyib: “ABŞ və Rusiya arasında “soyuq müharibə” başlanıb. Bu, qızğın silahlanma və qarşılıqlı təcrid etmədir. Amma bu, birbaşa silahlı qarşıdurmaya aparmayacaq. Axı bu, artıq nüvə və III Dünya Müharibəsi olacaq”
Ömər Dağlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar