2016-2017-ci ilin qışı çox sərt keçəcək.
Bu barədə sinoptiklər xəbərdarlıq edib.
Dünyanın bir neçə metereoloji xidməti qışın çox sərt keçəcəyinə dair xəbərdarlıqla çıxış edib. Hətta bu qışın son illərin ən sərt qışı olacağı deyilir. Proqnozlar son zamanların klimat dəyişikliyi nəzərə alınaraq verilib. Arktikadan gələcək hava kütlələrinin soyuğu yaradacaq əsas amil olacağı deyilir.
Bununla yanaşı vurğulanır ki, proqnoz yaxın zamanlarda daha da dəqiqləşdiriləcək. Son 20 ilin qışının nisbətən sərt keçdiyini söyləyən sinoptiklər bu proqnozun dərin təhlil əsasında verilməli olduğunu bildirir.
Cebhe.info