Rusiya telekanalları, xüsusən də Komi Respublikasının yerli “Yurqan TV"si istintaq və xüsusi xidmət orqanlarına istinadən oliqarx Akif Sayadovun cinayətləri haqqında ətraflı süjet hazırlayıblar. Dövlətə məxsus "Uxtaneftqazgeoloqiya" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru, Dövlət Şurasının sabiq deputatı Akif Sayadov dələduzluq, xidməti saxtakarlıq, oğurluq və s. kimi xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilir.
Süjet Sayadovun cinayət işinin əsasını təşkil edən qanunsuz əməllərinə, fərdi söhbətlərinə, yazışma və danışıqlarına həsr olunub. Rusiya xüsusi xidmət orqanlarının araşdırmasını təqdim edirik