2013-cü ildə prezident İlham Əliyev Lənkərana səfər edir. Dövlət başçısı şəhərdə içməli suyun verilməsi mərasimində iştirak edir.
Mərasimdə "Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov və Lənkəranın icra başçısı Taleh Qaraşov olub.
Prezidentə kanalizasiya xəttinin bir hissəsinin çəkildiyi barədə məlumat verilib.
Layihə üzrə inşası planlaşdırılan 197 kilometr uzunluğunda kanalizasiya xətlərinin 20 kilometrlik hissəsi çəkilib və 9,4 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun inşası davam etdirilir.
Lakin T.Qaraşovun İ.Əliyevə verdiyi informasiya yalan çıxır. İcra başçısı prezidenti aldadır və bu günə kimi məsələ ört-basdır olunub.
Doğrudur, mətbuat bu məsələdən üstüörtülü yazıb. Lakin rayon İcra Hakimiyyəti hələ də açıqlama verməyib. Söhbət kanalizasiya xəttinə ayrılan vəsaitin mənimsənilməsindən və bu layihənin dəfn olunmasından gedir.
Belə ki, Lənkəranın yolları qazılıb tökülür, müharibə meydanına çevrilir, kanalizaisya sisteminin quraşdırılması üçün işlərə başlanır.
Di gəl ki, T.Qaraşov fikrindən daşınır və qazılan ərazilər torpaqlanır. O dövrdə Lənkəran küçələri darmadağın olunur, mərkəzi yollar qazıq-qazıq edilir.
Heç zaman kanalizasiya sistemi olmayan şəhərdə bu infrastrukturun yaradılmasına başlanması yerli əhalini də sevindirir.
Amma T.Qaraşov lənkəranlıların sevincini ürəyində qoyur. Kanalizasiya sistemində yuyulan pullar silinir, yollar torpaqlanır.
RİH-dən indiyə qədər izah verilməyib ki, iş niyə dayandırılıb və prezidentin birbaşa maraqlandığı məsələ qapadılıb?!
anaxeber.info 24saat.org-a istinadən xəbər verir ki, şəhərə içməli su Xanbulançay su anbarından verilirdi.
Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada quyu suları ilə ödəyirdi. Sakinlərin sözlərinə görə, evlərə çəkilən içməli su da istifadəsiz qalıb. Əhali həyətlərdəki quyulardan yararlanır.
Yəni layihə effekt verməyib. Eləcə də 3 il keçməsinə baxmayaraq, mətbuatın da zaman-zaman toxunduğu kanalizasiya sistemi problemi görünür, büdcə pullarını silmək üçün bəhanə imiş…
Redaksiyadan: Hörmətli oxucuların nəzərinə çatdırırq ki, istənilən mövzuda şikayət məktublarınızı
[email protected] email ünvanına göndərə bilərsiniz.