Ölmüş anasının paltarlarını geyinib 2 il onun təqaüdünü aldı -ŞOK FIRILDAQ

13-10-2016, 20:27   



Türkiyədə maraqlı bir hadisə yaşanıb.

"Şərafəddin nənə" ləqəbli Şərafəddin Gencel, anası öldükdən sonra onun paltarlarını geyinib. O, bu yolla hər ay banka gedərək, anasının təqaüdünü alırmış.

Onun bu qeyri-adi fırıldağı 2 il çəkib. İki ildən onra rəsmi qurumlar Şərafəddinin anasının vəfat etdiyini anlayıblar. Bu qanunsuz əməlinə görə 14 ay həbs edilən Şərafəddin son sözləri belə olub: "Anamın paltarlarıyla 1 həftə ayna qarşısında məşq etdim. Qardaşımı belə aldatmışdım. Heç kim fərqinə varmadı".

Axtarışlar nəticəsində məlum ki, Şərafəddin Gencel anasının öldüyünü gizlətmək üçün, onu evin zirzəmisində basdırıbmış. (sfera.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar