MİLLƏT VƏKİLİ AZAL-dan ŞİKAYƏTLƏNDİ – Yerlər 30 dollara satılır

14-10-2016, 13:14   
MİLLƏT VƏKİLİ AZAL-dan ŞİKAYƏTLƏNDİ – Yerlər 30 dollara satılır

Millət vəkili Çingiz Qənizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) şikayətlənib.

Ç.Qənizadə AZAL vasitəsilə İstanbula uçarkən ondan əlavə 30 dollar pul istənildiyini dedi: “Gah yeməyə, gah ərzağa, gah qabaqda oturmağa görə əlavə pul istənilir. Prezident vətəndaşların rahatlığı üçün qərarlar verir, amma AZAL-da belə bir durum yaradılır. Təsəvvür edin, stüardessa sərnişinə deyir ki, sən qabaqda otur, arxaya yük yığılacaq. Çağırdım onu, dedim bu, kolxoz arabasıdır, yoxsa təyyarədir, necə yəni arxada yük yığılır? Bu, dilənçilikdir. 15 biznes-klass boş gedib-gəlir. Amma digər yerlər üçün əlavə pul tələb edirlər. Biz əcnəbiləri, turistləri dəvət edirik, amam AZAL-da bu cür insanları incidirlər”. Ç.Qənizadə spikeri məsələyə müdaxilə etməyə çağırdı.

Oqtay Əsədov isə “sən bunları gəlib mənə deyə bilərdin. Amma burda danışdın, mən də sözünü kəsmədim. Hər birimiz başımıza gələnləri danışsaq, gərək burda qalaq”-deyə, reaksiya verdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar