Xəbər verdiyimiz kimi, dünən Bakının Yasamal rayonu, Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü piyadanın ölümünə səbəb olub.
Qəza nəticəsində həyatını ititrən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğludur. O, açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyəsində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Fariz Abbasov Bakıda uzun illər sığorta və bank sektorunda çalışıb. O, daha öncə Beynəlxalq Sığorta Şirkətinin icraçı direktoru olub.
Axar.az 1nyus.az-a istinadən Fariz Abbasovun və dəhşətli qəzanın fotolarını təqdim edir: