Dövlət Xəstəxanasında biabırçılıq: Xəstə ac-susuz saxlanılır

17-10-2016, 20:30   
Dövlət Xəstəxanasında biabırçılıq: Xəstə ac-susuz saxlanılır
1966-cı il təvəllüdlü Ələsgərov Oqtay Ələsgər oğlu oktyabrın 13-dən etibarən ağır diaqnozla Sabunçu Rayon 3 saylı Şəhər xəstəxanasına yatırılıb. Bu vaxtadək ailə qurmayan Oqtay Ələsgərovun yaxınları xəstənin 3-cü dəfə iflic keçirdiyini, şəkər xəstəliyindən əziyyət çəkdiyini deyiblər.

Onların Cebhe.info-ya verdiyi məlumata görə, xəstənin bədəninə su yığılıb, gəzə bilmir, vəziyyəti ağırdır: “Bu gün reanimasiyadan palataya köçürülən xəstəyə dövlət xəstəxanasında diqqət-qayğı da yetərli deyil. Həkimlər, tibb bacıları “hörmət” tələb edirlər. Xəsətəyə yemək, su belə verilmir”.

Xəstənin yaxınlarını isə sığınacaq məsələsi maraqlandırır. Məsələ ilə bağlı bir sıra aidiyyatı qurumlarla əlaqə saxladıq. Hələlik əlillik dərəcəsi ala bilməyən xəstənin qocalar evinə yerləşdirmək üçün hansı sənədlərin tələb olunduğunu öyrənmək üçün Bilgəh qəsəbəsində yerləşən Qocalar Evi ilə əlaqə saxladıq. Qocalar Evində telefona heç kəs cavab vermədi. Məsələni diqqətdə saxlayırıq...

Nigar Məhərrəm
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar