"Cəriməm vardı, "ruçnoy" çəkdim" - Toy karvanında avtoxuliqanlıq VİDEO

17-10-2016, 20:57   


Gəncədə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb. Criminal.az saytı ARB TV-yə istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri Emin Bədirov Hyunday markalı avtomobillə, Ruslan Səlimov “VAZ 2107” ilə və Samux rayon sakini Ceyhun Əliyev isə “Niva” markalı maşın ilə Gəncənini küçə və prospektlərində avtoxuliqanlıq ediblər.

Saxlanılan şəxs: "Toy karvanında "ruçnoy" çəkdim". Saxlanılan şəxs: "Məni yol polisləri saxladı. Ona görə qaçmışam. Mən durduğum yerdə avtoxuliqanlıq etməmişəm. Maşının cəriməsi olub ona görə". Saxlanılan şəxs: "Avtoxuliqanlıq etməmişik. Toy olub sürmüşük".

[media=https://www.youtube.com/watch?v=QNccc48P4rc]

Dövlət Yol Polisi şöbəsi inspektoru Hacı Həsənovun verdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücülər həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsiylə müəyyən edilib. Onların sürücülük hüququ məhkəmənin qərarı ilə bir il müddətində məhdudlaşdırılıb və barələrində inzibati qaydada 20 sutkalıq həbs qəti imkan tədbiri seçilib.

Saxlanılan şəxslərdən ikisi etdikləri hərəkətə görə, özlərini təqsirili bilməsələrdə avtoxuliqanlardan biri yol hərəkəti qaydalarını bir daha pozmayacağına dair söz verib. Yol Polisi əməkdaşları şəhərdə qayda pozan və avtoxuliqanlıq edən sürücülərə qarsı tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.

Criminal.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar