Türkiyənin topçu birlikləri İraqda hərbi əməliyyata başlayıb.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin NTV telekanalı məlumat yayıb.
Məlumata görə, Başika yaxınlığında olan türk artilleriyası peşmərgənin xahişi ilə atəşə başlayıb.
Bu arada Reuters peşmərgə qüvvələrinin Başikada nəzarəti ələ keçirdiyini bildirmişdi. Lakin NTV telekanalının məlumatına görə, Başika hələ də mühasirədədir.
Türkiyə İraqda artileriya atəşinə başlaması ilə quru əməliyyatına rəsmən qoşuldu.
Məlumatı Türkiyənin baş naziri Binəli Yıldırım da təsdiqləyib.