Türkiyə bu ölkəyə qoşun yeridir – SON DƏQİQƏ

1-11-2016, 17:42   


Türkiyə İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeridir.

BiG.AZ xəbər verir ki, bu haqda hərbi mənbəyə istinadən NTV telekanalı bildirib.
Məlumata görə, tanklar və zirehli texnika ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətinə doğru hərəkət edir. Texnika Türkiyənin mərkəzi vilayətlərindən daşınır.

Daha əvvəl isə ölkə prezidenti Rəcəb Tayip Ərdoğan İraqla sərhəddə hərbi qüvvənin artırıla biləcəyini deyib. Onun sözlərinə görə, əgər şiə qüvvələri İraq türkmanlarının yaşadığı Telaferə daxil olarsa, Türkiyə “başqa cavabı” verə bilər.

Son məlumatlara görə, “Haşdi Şabi” şiə birliyi İŞİD-in İraq-Suriya əlaqəsini kəsmək üçün təxminən 100 min türkmanın yaşadığı Telafer istiqamətində əməliyyata başlayıb./publika/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar