Ağıllı telefonlardakı mavi işıq, orqanizmdə yuxu hormonu melatoninə təsir edir, bununla yuxunun pozulmasına səbəb olur. Bu da müxtəlif sağlamlıq problemlərinə yol açır.
Ağıllı telefonların həyatımızın imtina edilməz parçası halına gəldiyi artıq qəbul edilən bir gerçəkdir. Günün hər anında, yalnız yatarkən ayrı qaldığımız ağıllı telefonların bir çox işimizi asanlaşdırdığı qəbul edilsə də, alimlər bu telefonların ekranında olan mavi işığın orqanizmə mənfi təsir etdiyini aşkar ediblər.
BakiPost.az xəbər verir ki, ağıllı telefonlardakı mavi işıq, orqanizmdə melatoninə təsir edir, bununla yuxunun pozulmasına səbəb olur. Bu da müxtəlif sağlamlıq problemlərinə yol açır.
"Business Insider"ın xəbərinə görə ağıllı telefon ekranlarındakı mavi işıq günün ən parlaq saatında belə ekrandakılari oxuya bilmemizi təmin edir.
Gecələr isə bu ekranlar sanki kiçik bir pəncərədən sızan gün işığı kimi parlaq olur. Elə bu səbəbə görə gecələr ağıllı telefona baxmaqdan çəkinmək lazımdır.
Bədənimiz təbii olaraq gün ərzində işləyir, gecələri istirahət edir, gün ərzində oyanıq və diqqətli qalır, lakin yatmağa hazır olduğumuz anda ağıllı telefona baxmaq beyni tərəddüdə salır.
Günəşin parlaqlığını təqlid edən mavi işıq gecələr ona baxarkən beynin özünü gündüz zənn etməsinə səbəb olur.
Bu vəziyyət isə beyinin, yuxu hormonu melatonini ifraz etməsinə mane olur, adamın yuxuya dalmasını çətinləşdirir və başqa sağlamlıq problemlərinə gətirib çıxarır:
1. Uzun zaman yuxusuz qalmaq beyində norotoksinlərin artımına gətirib çıxarır. Bu da yuxunun kifayət qədər alınmamasına səbəb olur.
2. Ağıllı telefonların işığının təsirindən melatonin hormonu səviyyəsinin enməsi bədənin bioloji saatının pozulmasına səbəb olur. Bu vəziyyət adamın depressiyaya düşməsi riskini artırır.
3. Bu mövzuda daha çox elmi məlumata ehtiyac duyulsa da, ekranlardan yayılan parlaq mavi işığın birbaşa təsir etdiyi və uzun müddət istifadə etdikdə görmə pozğunluqlarına səbəb olduğu düşünülür.
Bu işığın kataraktaya səbəb olması barədə tədqiqatlar davam edir.
4. Mavi ekran yuxunu pozmaqla yanaşı, gün ərzində diqqət dağınıqlığına yol açır.
5. Ekrandan yayılan mavi işıq eyni zamanda bədəndəki hormon səviyyələrində qalxıb-enmələrə səbəb olur.
Həzm sisteminin işinin yavaşlamasına yol açan bu vəziyyət aclıq hissini artırır, bu da potensial piylənmə riskini artırır.
6. Nizamsız yuxu, döş və prostat xərçənginə tutulma riskini artırır.
Bəs nə etmək lazımdır?
Ekran rəngini günün saatına görə dəyişə bilərsiniz. Gecələri isti, gündüz parlaq rənglər kimi...
Əlavə olaraq mavi işığı kəsən tətbiqləri istifadə edə bilərsiniz. Mütəxəssislər yatmağa hazır olduğunuzda ağıllı telefonlarınızdan bir qədər uzaq qalmaq lazım olduğunu məsləhət görür.
Bakı Post