Moderator.az xəbər verir ki, Cebhe.info saytının və “Cümhuriyət” qəzetinin əməkdaşı “qanuni oğru” Rövşən Lənkəranskinin Lənkərandakı evində olub. Əməkdaşımız R.Lənkəranskinin anası ilə görüşərək oğlunun ölümü ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışıb.
R.Lənkəranskinin anası söhbətində oğlunun ölümündən sonra ağlamadığını deyib:“ Rövşən heç vaxt yeməyi axıra, doyana qədər yeməzdi. Deyirdi ki, bu yeməyə həsrət qalan insanlar var. Oğlum xoşbəxt ola bilmədi. Ölümündən sonra onun üçün aşkarda ağlamıram, düşmənlər sevinməsin”.